Bazar, 05 May

Blinken İTTİHAM ETDİ: "Rusiya Ukrayna taxılı ilə Avropanı şantaj edir"

image

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın kənd təsərrüfatı məhsullarından Qərbə qarşı “şantaj” kimi istifadə edir.

Xəbər verilir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

Dövlət katibi bildirib ki, Odessa yaxınlığındakı siloslarda və şəhər limanına yanaşan gəmilərdə təxminən 20 milyon ton buğda saxlanılır:

“Rusiya Ukraynanın ən məhsuldar əkinçilik ərazilərindən bəzilərini ələ keçirdi. Həyati əhəmiyyət kəsb edən kənd təsərrüfatı infrastrukturu məhv edildi”.

Ərzaq böhranının Afrikaya təsir etdiyini bildirən Blinken, “Prezident Putindən doğru şeyi gözləyə bilmərik” – deyib.

Qeyd edək ki, Ukrayna qlobal “çörək səbəti” kimi tanınır və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünya miqyasında beşinci ən böyük buğda ixracatçısıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15